
"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol yaxın həftələri xəstəxanada keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə "Siti"nin baş məşqçisi Xosep Qvardiola danışıb.
“Qvardiol 2 və ya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, topuq bağlarını zədələyib”,- deyə mütəxəsssis bildirib.
Coşko ötən yay "Siti"yə köçüb. Müdafiəçi ilə 2028-ci ilin ortalarına qədər müqavilə imzalanıb.
Xatırladaq ki, fevralın 13-də “Mançester Siti” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “RB Leypsiq” klubu ilə ilk oyununu keçirib. Qvardiolanın yetirmələri səfərdə 3:1 hesabı ilə qalib gəlib.