“Mançester Siti” onunla müqaviləni uzatdı
15.09.2023 - 12:00

“Mançester Siti” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” komandanın aparıcı oyunçusu Kayl Uolkerlə danışıqları müsbət yekunlaşdırıb.
2017-ci ildən Mançester təmsilçisinin şərəfini qoruyan Uolkerlə daha 3 illik anlaşma imzalanıb. Onun müqaviləsi 2026-cı ildə bitəcək.
Qeyd edək ki, Uolker bu mövsüm 6 matçda meydana çıxıb.
0
0