"Mançester Siti" qara zolaqda
01.10.2023 - 14:09

“Mançester Siti” ardıcıl ikinci matçında da məğlub olub.
Apasport.az saytı xəbər verir ki, bu “şəhərlilər”in 2021-ci ildən bu yana yaşadığı ilk belə haldır.
Pep Qvardiolanın yetirmələri Premyer Liqanın VII turu çərçivəsində səfərdə "Vulverhempton"a uduzub (1:2).
Komanda daha əvvəl Liqa Kubokunda "Nyukasl"a da 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Mançester Siti” 2021-ci ilin avqustunda İngiltərə Superkubokunda "Lester"ə (0:1), çempionatda isə "Tottenhem"ə (0:1) qarşı oyunlarda məğlub olmuşdu.
0
0