“Mançester Siti”dən rekord
08.11.2023 - 19:06

“Mançester Siti” Çempionlar Liqasında 250-ci qolu vurub.
Apasport.az xəbər verir ki, İngiltərə klubunun yubileyi “Yanq Boyz”la matça təsadüf edib.
3:0 hesablı qələbə qazanan Premyer Liqa təmsilçisi 250-ci qolu 119-cu oyununda vurub. Mançesterlilər bu rəqəmə ən tez çatan komandadır. 250 qol vurmağa nail olan klublardan heç biri buna daha az matçda imza atmayıb.
Qeyd edək ki, “şəhərlilər” bu qələbə ilə 1/8 finala vəsiqəni təmin edib.
0
0