"Mançester Siti"dən transfer
01.09.2023 - 15:16

"Mançester Siti" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” “Vulverhempton”dan yarımmüdafiəçi Mateus Nuneşlə güclənib.
Komanda Portuqaliya millisinin 24 yaşlı futbolçusu ilə 5 illik müqavilə imzalayıb. Mançesterlilərin bu keçidə görə qarşı tərəfə ödədiyi məbləği açıqlanmayıb.
Qeyd edək ki, Nuneş 2023/24 mövsümündə Premyer Liqada 2 matçda iştirak edib və qol vurmayıb.
0
0