“Mançester Siti”dən unikal göstərici: Evdə 100-cü qol
22.05.2023 - 11:15

“Mançester Siti” unikal göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, Pep Qvardiolanın yetirmələri cari mövsümün bütün ev oyunlarındakı qol sayını 100-ə çatdırıb.
“Şəhərlilər” Premyer Liqanın “Çelsi” ilə görüşündə yubiley qoluna imza atıb – 1:0. Mançester təmsilçisi “Böyük beşlik”də bunu bacaran yeganə komandadır.
Qeyd edək ki, liderin ən yaxın izləyicilərindən “Bavariya” 66, “Mançester Yunayted” 65, Dortmund “Borussiya”sı 58, “Real” 57 dəfə fərqlənib.
0
0