“Mançester Siti”dən yeni müqavilə təklifi
12.07.2022 - 17:02

“Mançester Siti” yarımmüdafiəçisi Riyad Mahrezi komandada saxlamaqda maraqlıdır.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 31 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə təklif edib.
Premyer Liqa çempionu Əlcəzair millisinin üzvünün sözləşməsini 2025-ci ilə qədər uzatmağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar davam edir. Mahrezin hazırkı anlaşması 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Riyad Mahrez 2018-ci ildən “Mançester Siti”də çıxış edir.
0
0