"Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər
25.03.2024 - 14:21

"Bavariya"nın cinah oyunçusu Leroy Sane yayda klubunu tərk edə bilər.
Apasport.az jurnalist Ekrem Konura istinadla xəbər verir ki, 28 yaşlı almanla İngiltərə Premyer Liqasının iki top-klubu “Mançester Yunayted” və “Arsenal” maraqlanır.
Qeyd edək ki, Sane daha əvvəl İngiltərədə çıxış edib - 2016-2020-ci illərdə cinah hücumçusu "Mançester Siti"nin şərəfini qoruyub.
Leroy Sanenin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Nüfuzlu "Transfermarkt" portalı ulduz futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
0
0