"Mançester Yunayted"də dekabrın ən yaxşı oyunçusu açıqlandı
06.01.2023 - 21:23

"Mançester Yunayted"in hücumçusu Markus Rəşford klubun dekabr ayı üçün ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, ötən ay Rəşford 3 oyunda 3 qol vurub.
O, 2022-ci ilin son ayında "Börnli" (2:0), "Notinqem Forest" (3:0) və "Vulverhempton"un (1:0) qapısına yol tapıb. Dekabr ayının ən yaxşı oyunçusu üçün azarkeşlərin səsverməsində Rəşford Kazemiro (32%) və Lyuk Şounu (4%) qabaqlayaraq 64% səs toplayıb.
Qeyd edək ki, Markus Rəşford bu mövsüm 23 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0