“Mançester Yunayted”də yeni müqavilə
04.04.2023 - 13:34

“Mançester Yunayted” futbolçusu Lük Şou ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
28 yaşlı müdafiəçi ilə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. İngiltərə millisinin üzvü 2014-cü ildə “Sauthempton”dan transfer olunub.
Qeyd edək ki, Şou cari mövsüm Premyer Liqanın 23 matçında 1 qol vurub.
0
0