“Mançester Yunayted”dən 61 ilin antirekordu
02.11.2023 - 13:01

“Mançester Yunayted” 61 il sonra antirekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” bu antirekorda Liqa kuboku çərçivəsində “Nyukasl”la görüşdə imza atıb.
“Old-Trafford”da 0:3 hesabı ilə məğlub olan Mançester təmsilçisi ardıcıl 2 ev oyununda 3 cavabsız top buraxıb. Buna 61 ildən sonra təsadüf olunub.
Qeyd edək ki, “Nyukasl”dan öncə çempionatda “Mançester Siti” ilə qarşılaşma da 0:3 hesablı məğlubiyyətlə nəticələnmişdi.
0
0