Mane zədələndi
09.11.2022 - 10:07

“Bavariya”nın futbolçusu Sadio Mane zədələnib.
Apasport.az saytının məlumatına görə, Seneqal millisinin hücumçusu DÇ-2022-nin startına iki həftə qalmış xoşagəlməz durumla üzləşib.
30 yaşlı futbolçu “Verder”lə qarşılaşmada (6:1) xəsarət alıb. O, Bundesliqanın XIV turunun görüşünün 15-ci dəqiqəsində dizini tutaraq yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, onun heyətində olduğu Seneqal millisi mundialın A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.
0
0