“Marsel”in yeni transferi zədələndi
23.08.2023 - 10:39

“Marsel” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisinin futbolçusu Joffre Kondoqbya zədələnib.
Çempionatın II turunun “Mets”lə görüşündə xəsarət alan yarımmüdafiəçi 6 həftə meydanlardan kənar qalacaq. 30 yaşlı futbolçu bu yay “Atletiko”dan “Marsel”ə keçib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Atletiko”da 27 matç keçirib.
0
0