Maskerano "İnter Mayami"də - RƏSMİ
26.11.2024 - 22:56

Xavyer Maskerano "İnter Mayami"nin baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Argentinalı mütəxəssislə 2027-ci ilin sonuna kimi müqavilə imzalanıb. Maskeranonun son iş yeri Argentinanın gənclər ibarət yığması olub.
Qeyd edək ki, Xavyer futbolçu karyerası ərzində "Liverpul" və "Barselona" kimi klubların şərəfini qoruyub.
0
0