Mbappe PSJ-yə söz verdi
16.03.2024 - 14:36

PSJ ulduz hücumçu Kilian Mbappe ilə bir məsələdə razılığa gəlib.
Apasport.az "Sport.es"ə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu parislilərə söz verib ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər "Real"a keçidi elan etməyəcək.
Vacib matçlar öncəsi komandanın başqa xəbərlərlə diqqətini yayındırmasını istəmirlər.
Turnirin 1/4 finalında PSJ Kataloniya “Barselona”sı ilə qarşılaşacaq.
Daha əvvəl mətbuatda Mbappenin "kral" klubu ilə uzunmüddətli müqavilə bağlayacağı haqda xəbərlər yayılmışdı. Fransız futbolçu Madrid komandasının sıralarına azad agent kimi qoşulacaq.
0
0