Mbappenin “Real” arzusu
31.03.2023 - 16:17

Kilian Mbappe “Real”da oynamaq arzusunu yenidən dilə gətirib.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin 24 yaşlı fransalı hücumçusu karyerasını Madrid təmsilçisində davam etdirməyi planlaşdırır.
O, hazırkı komandası ilə 2024-cü ildə bitəcək müqaviləsini yeniləmək fikrində deyil. Mbappe növbəti razılaşmanı “Real”ın lehinə etməyi hədəfləyir.
Qeyd edək ki, Kilian 2017-ci ildən PSJ-də oynayır.
0
0