
“Real” La Liqada məğlubiyyətsiz oyunlarına davam edir.
Apasport.az xəbər verir ki, “Kral klubu” XXIV turun matçında evdə "Jirona"nı 4:0 hesabı ilə darmadağın edib.
Bununla da , Madrid klubunun İspaniya çempionatındakı məğlubiyyətsizlik seriyası 18 matça çatıb (14 qələbə və 4 heç-heçə). “Qalaktikos” sonuncu dəfə 24 sentyabr 2023-cü ildə La Liqada “Atletiko”ya 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, komanda həm də son qələbəsi ilə İspaniya çempionatında Karlo Ançelottinin rəhbərliyi altında ən yaxşı məğlubiyyətsiz seriyasını təkrarlayıb. “Ağ şimşəklər” 2013/14 mövsümündə də ardıcıl 18 matçda məğlub olmamışdı.