Messi “88”də qaldı
31.08.2023 - 09:34

Lionel Messinin məhsuldarlıq seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, “İnter Mayami”nin hücumçusu 88 gündən sonra meydanı qolsuz və assistsiz tərk edib.
Argentinalı ulduz MLS-in “Neşvill”lə qarşılaşmasında (0:0) heç nə ilə fərqlənməyib. O, sonuncu dəfə iyunun 3-də belə uğursuzluqla üzləşib. Həmin gün Messi PSJ-nin “Klermon”la matçında (2:3) qol və assistlə yadda qalmayıb.
Qeyd edək ki, “İnter Mayami”də 10 oyun keçirən Messi 11 qol və 3 məhsuldar ötürməyə imza atıb.
0
0