Messi bir matçda iki rekorda imza atıb
21.06.2024 - 10:56

Amerika kubokunun açılış matçında Argentina yığması Kanada millisini 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu Lionel Messi Argentina yığmasının heyətində meydana çıxıb.
Ulduz futbolçu üçün bu görüş Amerika Kubokunda 35-ci olub. Lionel bu turnirdə keçirilən oyunların sayına görə rekorda imza atıb.
Bundan əlavə, Messi tarixdə 7 Amerika Kubokunda iştirak edən ilk argentinalıdır.
Xatırladaq ki, Argentina millisi turnirin hazırkı qalibidir.
- Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
- Premyer Liqanın bombardiri: "Ölkənin iki ən yaxşı komandasının oyunu olacaq"
- “Bayer” və “Leypsiq” 1/8 finalda, “Borussiya” mübarizəni dayandırdı
- Bakıda dünya çempionatının başlamasına 7 gün qaldı
- Əliyar Ağayevin təyinatı Yunanıstanda narazılığa səbəb oldu - FOTO
0
0