Messi De Bruyneyə çatdı
22.10.2022 - 10:04

PSJ-nin hücumçusu Lionel Messi Liqa1-in XII turunda “Ayaçço” ilə səfər matçında 1 qol, 2 assistlə yadda qalıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz bununla Fransa çempionatında cari mövsüm məhsuldar ötürmə sayını 9-a yüksəldib.
Leo bu göstəriciyə görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneyə çatıb. Hər iki oyunçu hazırda “Top-5” liqalarda ən çox məhsuldar ötürmə verən futbolçulardır.
Qeyd edək ki, Messi Liqa1-də 6, De Bruyne isə Premyer Liqada 1 qola imza atıb.
0
0