Messi komandasını məğlubiyyətdən xilas etdi
26.02.2024 - 13:53

Amerika çempionatının növbəti turunda "İnter Mayami" "Los-Anceles Qalaksi" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Lionel Messinin komandası 75-ci dəqiqədə hesabda geri düşsələr də, ikinci hissəyə əlavə olunmuş əlavə vaxtda məğlubiyyətdən xilas olublar.
"İnter Mayami"nin yeganə qolunu Lionel Messi vurub.
0
0