Messi MLS-də növbəti dəfə mükafat qazandı
30.04.2024 - 15:31

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS-in 11-ci turunun ən yaxşı oyunçusu mükafatını qazanıb.
Apasport.az xəbər verir ki, ötən gün “İnter Mayami” “New England”ı 4:1 hesabı ilə məğlub edib.
Bu matçda Messi aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, 36 yaşlı argentinalı cari mövsümün 8-ci turunda da bu mükafatın sahibi olub.
0
0