
Lionel Messi Argentina millisində növbəti dubluna imza atıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsinin Peru ilə qarşılaşmasında fərqlənib.
Messinin qolları komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da forvard dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələlərindəki qol sayında rekord vurub. 31-ci dəfə fərqlənən Messi uruqvaylı Luis Suaresi arxada qoyub.
Qeyd edək ki, argentinalı dünya çempionatlarının seçmə mərhələlərinin ümumi bombardirləri siyahısında 4-cüdür. Rekord isə qvatemalalı Karlos Ruisə məxsusdur – 39 qol. Kriştiano Ronaldo (Portuqaliya) 36, Əli Daei (İran) 35 dəfə fərqlənib.