Messidən növbəti məhsuldarlıq
14.03.2024 - 09:07

Lionel Messi "İnter Mayami"nin heyətində daha bir məhsuldar oyun keçirib.
Apasport.az xəbər verir ki, ulduz argentinalı Konkaf Çempionlar Kubokunda "Naşville" ilə (3:1) matçın 8-ci dəqiqəsində Luis Suarezin qoluna assistentlik edib.
15 dəqiqə sonra Messi rəqib qapıya dəqiq zərbə endirərək fərqi 2-yə yüksəldib.
36 yaşlı forvard 2024-cü ilin əvvəlindən MLS klubunun heyətində rəsmi matçlarda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0