Messinin DÇ-2026 qərarı
04.11.2023 - 10:29

Argentina millisinin super ulduzu Lionel Messi növbəti dünya çempionatında iştirak etmək istəyir.
Apasport.az xəbər verir ki, bunu 36 yaşlı hücumçunun özü açıqlayıb.
Son dünya çempionatının qalibi DÇ-2026-da iştirak etməsi ilə bağlı suallara aydınlıq gətirib: “O vaxt neçə yaşım olacağını nəzərə alsaq, bu çətin görünür. Amma iştirak etmək istəyərəm. Bunu zaman göstərəcək”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı vaxtı Messinin 39 yaşı tamam olacaq.
0
0