Messinin dəyəri dəyişdi
26.03.2024 - 11:13

Bazar ertəsi Lionel Messinin təxmini dəyəri nüfuzlu "Transfermarkt" portalının səhifələrində yenilənib.
Apasport.az xəbər verir ki, argentinalı ulduzun dəyəri 5 milyon düşüb - indi o, 30 milyon avro olaraq qiymətləndirilir.
Buna baxmayaraq, 36 yaşlı Messi MLS-in ən bahalı oyunçusu olaraq qalır.
Xatırladaq ki, Messi ötən yaydan "İnter Mayami"də çıxış edir.
Qeyd edək ki, Lionelin transfer dəyərinin zirvəsi 2018-ci ildə müşahidə olunub - 180 milyon avro.
0
0