
Lionel Messinin Səudiyyə Ərəbistanına transferində maneə yaranıb.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin hücumçusunun həyat yoldaşı Antonella Rokuzzo futbolçunun "Əl-Hilal"a keçməsini istəmir.
Avropa qitəsində qalmağa üstünlük verən xanım Rokuzzo üç azyaşlı oğlu ilə Ərəbistan yarımadasına getməyin əleyhinədir.
Ərəblərin 3 illik müqavilə qarşılığında 1 milyard avro təklifini düşünən 35 yaşlı argentinalı superulduz ailəsini bu transferə razı salmağa çalışır.
Hazırda keçmiş komandası “Barselona”ya geri qayıtmaq şansı da olan forvard hələlik “Əl-Hilal”ın təklifinə cavab verməyə tələsmir.