“Milan” “Betis”in müdafiəçis ilə razılaşdı
28.10.2023 - 23:52

“Milan” “Betis”in müdafiəçisi Xuan Miranda ilə ilkin razılıq əldə edib.
Apasport.az saytı xəbər verir ki, o, İtaliya klubuna azad agent kimi qoşulacaq.
Milanlılarla futbolçu arasında 5 illik razılaşma əldə olunub. Miranda növbəti ilin iyulundan komandanın şərəfini qoruyacaq. “Milan” Xuanı əldən verməmək üçün hətta ona yanvar ayından məvacib ödəməyə hazırdır.
Qeyd edək ki, Miranda 2020-ci ildən “Betis”də çıxış edir. O, ötən mövsümdə komandanın heyətində 25 oyunda meydana çıxıb.
0
0