“Milan” Jiru ilə danışıqlara başladı
03.11.2022 - 12:22

“Milan” futbolçusu Olivye Jiru ilə müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu ilə fransalı hücumçu arasında danışıqlara start verilib.
36 yaşlı forvardın yeni anlaşması 2024-cü ilin yayına qədər olacaq. Tərəflər arasında hazırkı sözləşmə mövsümün sonunda bitəcək.
Qeyd edək ki, 2021-ci ilin yayında “Milan”a keçən Jiru 55 oyunda 22 qol vurub.
0
0