“Milan” “Parma” səddini son dəqiqədə keçdi
26.01.2025 - 18:53

İtaliya A seriyasında XXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Milan" evdə "Parma" ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə nəticələnib – 3:2.
"Qırmızı-qaralar" iki dəfə hesabda geri düşsələr də, üç xalı qazana biliblər.
İtaliya A Seriyası
XXII tur
15:30. "Milan" – "Parma" - 3:2
0
0