“Milan”da yeni müqavilə
09.09.2022 - 11:58

“Milan” futbolçusu Sandro Tonali ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin yeni anlaşması 2027-ci ilədək nəzərdə tutulub.
22 yaşlı futbolçunun illik maaşı 2,8 milyon avroya qədər artırılacaq. Onun indiki müqaviləsi 2026-cı ildə başa çatmalıdır.
Qeyd edək ki, Tonali cari mövsümün 5 oyununda 1 assistə imza atıb.
0
0