“Milan”ın gözü kanadalı hücumçuda
02.10.2023 - 22:48

“Milan” hücum xəttini gücləndirir.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Lill”dən Conatan Devidə göz dikib.
A seriyası təmsilçisi 23 yaşlı kanadalının transferi üçün Liqa 1 təmsilçisi ilə danışıqlara başlayıb. Onlar gənc forvardı Olivie Jirunun əvəzedicisi kimi görür.
Komandası ilə razılaşması 2024-cü ilin yayına kimi nəzərdə tutulan futbolçu Liqa 1-də qalmağı planlaşdırmır.
Qeyd edək ki, cari mövsümdə 10 matçda forma geyinən Conatan 4 qol, 1 assistlə yadda qalıb.
0
0