“Milan”ın sabiq hücumçusu klub tapdı
19.07.2023 - 13:30

“Milan”ın sabiq futbolçusu Ceremi Menez özünə yeni komanda tapıb.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu karyerasını B seriyasında davam etdirəcək.
O, “Bari”yə keçib. Menezlə 1+1 illik müqavilə imzalanıb. Futbolçu yeni klubuna azad agent kimi qoşulub.
Qeyd edək ki, Cereminin son klubu “Recina” olub.
0
0