Milli komandada yeni müqavilə
28.12.2022 - 16:57

Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, mütəxəssislə müqavilə uzadılıb.
Asiya ölkəsinin futbol assosiasiyası onunla 4 illik anlaşıb. Moriyasu 2026-cı ilin yayına qədər millini çalışdıracaq. O, komandanı DÇ-2026-ya hazırlayacaq.
Qeyd edək ki, Yaponiya DÇ-2022-də 1/8 finala qədər irəliləyib.
0
0