Millimiz Macarıstanla heç-heçə etdi
05.04.2024 - 23:39

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da “Dalğa Arena”da İsveçrə yığmasına qarşı keçirəcək.
0
0