Millinin baş məşqçisi 3 oyundan sonra qovuldu
18.06.2022 - 11:40

Misir millisində baş məşqçi istefası reallaşıb.
Apasport.az saytının məlumatına görə, Misir Futbol Assosiasiyası Ehab Calalla yolları ayırmaq qərarına gəlib.
Maraqlıdır ki, Calal cəmi üç oyundan sonra istefaya göndərilib. Mütəxəssis DÇ-2022-yə vəsiqə qazana bilməyən Karluş Keyruşu yazda əvəzləmişdi. Misirlilər onun rəhbərliyi altında cəmi 3 matça çıxıb. Misirlilər Afrika Kubokunda Qvineya (0:1) və Efiopiyaya (0:2) uduzub. Komanda sonuncu dəfə Cənubi Koreyaya yoldaşlıq görüşündə (1:4) yenilib.
Yerli federasiya hazırda bir neçə əcnəbi məşqçi ilə danışıq aparır.
0
0