Millinin hücumçusu klubunu dəyişdi
28.01.2023 - 10:39

Seneqal millisinin futbolçusu Amadu Dyenq klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, “Marsel”in hücumçusu karyerasını Liqa1-in digər komandasında davam etdirəcək.
Onun təqdimat mərasimi “Renn”lə görüşdən əvvəl baş tutub. Bu matçda onun komandası 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, DÇ-2022-də iştirak edən Dyenq 4 matça çıxıb. O, bir qol vurub.
0
0