Millinin oyunlarının yeri dəqiqləşdi
01.11.2023 - 13:14

İsrail millisinin İsveçrə və Rumıniya ilə matçlarının harada keçiriləcəyi məlum olub.
Apasport.az xəbər verir ki, bunu UEFA açıqlayıb.
AVRO- 2024-ün seçmə mərhələsinin təxirə salınmış matçlarının keçiriləcəyi yerlər dəqiqləşib. Hər iki görüş Macarıstanda tamaşaçılarla keçiriləcək.
Qeyd edək ki, İsveçrə ilə görüş noyabrın 15-də, Rumıniya ilə oyun isə noyabrın 18-də baş tutacaq.
0
0