Miqel Krespo daha 1 il “Fənərbaxça”da
03.10.2023 - 14:59

“Fənərbaxça” daha bir futbolçusunun müqavilə müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, “sarı-lacivərdli” komanda portuqaliyalı Miqel Kresponun müqaviləsini bir illik artırıb.
İstanbul klubu ilə razılaşması mövsümün sonunda bitəcək olan 27 yaşlı futbolçu 2024/25 mövsümünün sonuna qədər “sarı bülbüllər”in şərəfini qoruyacaq. Yarımmüdafiəçi 2021-ci ilin sentyabrından “Fənərbaxça”da çıxış edir.
Qeyd edək ki, bu mövsüm 5 matçda forma geyinən Krespo aktivinə 1 qol yazdırıb.
0
0