Modriç 80 milyondan imtina etdi
13.06.2023 - 09:53

Luka Modriçin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi karyerasını “Real”da davam etdirəcək.
Luka Səudiyyə Ərəbistanından aldığı təklifdən imtina etməyə qərar verib. 37 yaşlı veteran “Əl-Əhli”yə keçmək istəməyib. O, illik 80 milyon avroluq maaş təklifini qəbul etməyib.
Qeyd edək ki, Modriçin “Real”la müqaviləsi bu yay başa çatacaq.
0
0