Modriç "Real"dan ayrılmağa hazırlaşır
03.01.2024 - 14:33

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az " Relevo"ya istinadla xəbər verir ki, 38 yaşlı oyunçu müqaviləsini 2025-ci ilə qədər uzatmaqdansa, hazırda ayrılmağa meyillidir.
Luka Modriç bu mövsüm "Real" forması ilə 20 oyunda 1 qol və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, xorvatiyalı futbolçunun hazırkı müqaviləsi iyunda başa çatır.
0
0