“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində
27.04.2023 - 17:31

“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiəçi almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Vandersona elçi düşüb.
Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçu üçün “Monako”ya təklif göndərəcək. 2022-ci ilin yanvarından “Knyazlıq klubu”nda çıxış edən braziliyalı mövsümün 34 matçında 1 qol vurub və Avropanın aparıcı klublarının da maraq dairəsinə düşüb.
Qeyd edək ki, Vandersonun transfer qiyməti 18 milyon avro ilə dəyərləndirilir.
- Rəşad Sadıqov: "Bu matçda oyunu çevirmək böyük ürək tələb edir"
- PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib
- İvan Brkiç: “Məni hücumçu mövqeyinə qoysa, orada da oynamalıyam”
- “Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub
- “Borussiya”da yeni müqavilə
0
0