Montellanın Türkiyə millisindəki maaşı bilindi
25.09.2023 - 15:12

Vinçenzo Montellanın Türkiyə millisindəki maaşı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, italiyalı baş məşqçi illik 1 milyon 800 min avro məvacib alacaq.
49 yaşlı mütəxəssis qarşıdakı 3 ili “ay-ulduzlu” yığmanın sükanı arxasında keçirəcək. Sentyabrın 27-də Türkiyə Futbol Federasiyasının binasında yeni məşqçinin təqdimatı olacaq.
Qeyd edək ki, qardaş ölkənin milli komandası ilə yolları ayıran Ştefan Kuntza isə təzminat olaraq 450 min avro ödəniləcək.
- Premyer Liqa klubuna iki müştəri
- Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- Mehmet Ak: "Qarabağ"ın məğlubiyyəti komandaya təsir edə bilər" - MÜSAHİBƏ
- “Rakuv”un kapitanı: “Qarabağ”a qarşı oyunumuzu göstərməyə hazırıq”
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
0
0