Morata mövsümü bitirdi
22.05.2023 - 17:02

“Atletiko”nun futbolçusu Alvaro Morata mövsümü bitirib.
Apasport.az saytının məlumatına görə, buna hücumçunun zədəsi səbəb olub.
La Liqanın 35-ci turunun “Osasuna” ilə oyununun (3:0) fasiləsində əvəzlənən forvard müayinədən keçib. Onun cari mövsümün son üç matçında iştirak edə bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, madridlilər son üç turda “Espanyol”, “Real Sosyedad” və “Vilyarreal”la qarşılaşacaq.
0
0