
Super Liqa təmsilçilərindən "Fənərbaxça" transfer işlərini davam etdirir.
Apasport.az-ın məlumatına görə, İstanbul nəhəngi La Liqa təmsilçisinin futbolçusunu transfer etmək istəyir.
"Sarı-lacivərdlilər" Joze Mourinyonun istəyi ilə "Sevilya"nın futbolçusu Yusuf En-Nesri üçün İspaniya klubu ilə təmas qurub.
Mərakeşli futbolçu 2020-ci ilin yanvarından "Sevilya"da forma geyinir. O daha öncə "Malaqa" və "Leqanes" kimi klublarda çıxış edib.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm "Sevilya"nın heyətində 41 matça çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yusuf 2019/2020 və 2022/2023 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb.