Müller fikrindən döndü
09.01.2023 - 16:50

Tomas Müller Almaniya millisindəki karyerasını davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu yığmadakı gələcəyi ilə bağlı qərarını dəyişib.
O, DÇ-2022-nin Kosta-Rika ilə qarşılaşmasından sonra atdığı addımı düzgün saymır: “Çox üzücü an idi. Bu üzdən belə qərar vermişdim. İndi fikrimi götür-qoy etdim və baş məşqçi Hans Fliklə müzakirə etdim. Peşəkar futbolçu olduğum müddətdə yığmada oynamağa hazıram”.
Qeyd edək ki, Bundestim Qətərdəki mundialda İspaniya, Yaponiya və Kosta-Rika ilə qrupdan çıxa bilməyib.
0
0