Musiala 5 il daha "Bavariya"da
14.02.2025 - 17:03
Musiala 5 il daha "Bavariya"da

Bundesliqa təmsilçilərindən "Bavariya" yarımmüdafiəçisi Camal Musiala ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi 2030-cu ilədək Münxen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Musiala bu mövsüm "Bavariya"nın heyətində 30 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.