
“Qalatasaray”ın qapıçısı Fernando Muslera ilə bağlı maraqlı bir iddia ortaya atılıb.
Apasport.az xəbər verir ki, qardaş ölkə mətbuatında çıxan xəbərlərdə uruqvaylı qolkiperin “Eyüpspor”a gedəcəyi bildirilir.
Hətta 1-ci liqa klubunun baş məşqçisi Arda Turanın bu məqsədlə Musleraya zəng etdiyi deyilir. Söhbət zamanı Ardanın 37 yaşlı çərçivə qoruyucusuna 2 illik müqavilə və illik 2 milyon avro maaş da təklif etdiyi vurğulanır. Uruqvaylının bu çağırışa hansı cavab verdiyi bəlli deyil.
Qeyd edək ki, 2011-ci ilin avqustundan “Qalatasaray” forması geyinən Musleranın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. O, “cim-bom”la yeni müqavilə məsələsinə yayda qərar verəcəyini açıqlayıb.