Mutu vətənində iş tapdı
22.01.2024 - 10:37

“Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutu vətənində özünə yeni komanda tapıb.
Apasport.az Rumıniya mediasına istinadla xəbər verir ki, 45 yaşlı mütəxəssis ÇFR-i çalışdıracaq.
Rumıniyalı çalışdırıcının sabah - yanvarın 23-də komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, Adrian Mutu ötən ilin iyul ayından dekabra qədər “Neftçi"ni çalışdırıb.
0
0