"Napoli"nin baş məşqçisi postuna favorit bəlli olub
23.03.2024 - 17:18

“Napoli” yayda baş məşqçisini dəyişəcək.
Apasport.az xəbər verir ki, bu postun favoriti “Fiorentina”nın hazırkı "sükançı"sı Vinçenzo İtalianodur.
46 yaşlı Italiano 2021-ci ilin yayından "Fiorentina"nı çalışdırır.
A Seriyasının turnir cədvəlindən danışsaq, "bənövşəyilər" hazırda 8-ci yerdədir. "Napoli"yə gəlincə, komanda hazırda İtaliya çempionatının cədvəlində 7-ci pillədədir.
0
0